Modern.az

Şəmkirdə dəhşət: Qaz sobasının üzərində yanaraq öldü

Şəmkirdə dəhşət: Qaz sobasının üzərində yanaraq öldü

30 Yanvar 2024, 20:05

Şəmkir sakini evində yanıq xəsarətləri alaraq ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Elcin Əmir oglu yaşadığı evdə huşunu itirərək evdəki qaz sobasının üzərinə yıxılıb. O, yanıq xəsarətləri alaraq ölüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı