Modern.az

Lerikdəki məşhur istirahət mərkəzində güclü yanğın - VİDEO

Lerikdəki məşhur istirahət mərkəzində güclü yanğın - VİDEO

1 Fevral 2024, 09:58

Lerik rayonunun Sivəkəran kəndində yerləşən "Təbəssüm" istirahət mərkəzində güclü yanğən olub.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

 

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı