Modern.az

İçində 28 800 manat pul və qızıl olan seyf oğurlandı

İçində 28 800 manat pul və qızıl olan seyf oğurlandı

1 Fevral 2024, 11:20

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları Sumqayıtda içərisində 28 min manatdan çox qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı