Modern.az

Sumqayıt bazarında YANĞIN

Sumqayıt bazarında YANĞIN

2 Fevral 2024, 08:00

Sumqayıtda yanğın baş verib.

 

Modern.az verir ki, hadisə "Əşya bazarı" adlanan ərazidə qeydə alınıb.

 

Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kv.metr olan meyvə-tərəvəz mağazasının 250 kv metr hissəsi yanıb. Daha sonra yanğın mağazanın yanında dayanmış vəziyyətdə olan 1978-ci il təvəllüddlü Hüseynov Elşən Şamil oğluna məxsus "Mercedes" markalı yük avtomobilinə keçib.

 

Əraziyə dərhal FHN-nin DYMX-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

 

Yanğının səbəbi araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI