Modern.az

Yasamalda dəhşətli partlayış - 10-dan çox maşın sıradan çıxdı

Yasamalda dəhşətli partlayış - 10-dan çox maşın sıradan çıxdı

6 Fevral 2024, 07:50

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

 

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

 

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı