Modern.az

Elşən Xəzərin dayısı oğlu dəm qazından öldü

Elşən Xəzərin dayısı oğlu dəm qazından öldü

6 Fevral 2024, 15:56

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Məmmədli Hacıbala Elman oğlu hamam otağında olarkən qazdan zəhərlənərək həyatını itirib. 

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir