Modern.az

Şabranda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Şabranda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

6 Fevral 2024, 16:52

Şabranın Ağbaş kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, Bakı-Quba avtomobil yolunun kənddən keçən hissəsində rayon sakini 1965-ci il təvəllüdlü Məcidov Rahib Əli oğlu yolu keçərkən avtomobil onu vurub.

 

Yaralı aldığı müxtəlif dərəcəli xəsarətlərdən ölüb.

 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı