Modern.az

Bakıda maşını qaçırıb, qəza törətdi

Bakıda maşını qaçırıb, qəza törətdi

8 Fevral 2024, 10:24

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.



Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı