Modern.az

İki avtomobil toqquşdu - Ölən var

İki avtomobil toqquşdu - Ölən var

9 Fevral 2024, 09:56

Şəkidə iki avtomobil toqquşub, ölən var.

 

Modern.az xəbər verir ki, fevralın 6-da 1949-cu il təvəllüdlü Çingiz Səmədovun idarə etdiyi "Mercedes E-190" markalı avtomobillə Şəki-Balakən yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən 1990-cı ildə təvəllüdlü Çingiz Abbaszadənin idarə etdiyi "Hyundai i30" markalı avtomobillə toqquşub.

 

Nəticədə Ç.Səmədov fevralın 8-də aldığı xəsarətlərdən müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI