Modern.az

Kürdəmirdə güclü yanğın 

Kürdəmirdə güclü yanğın 

Hadisə

10 Fevral 2024, 09:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində açıq ərazidə 3 hektar sahədə kol-kos və 1 ədəd elektrik dirəyi qismən yanıb.

 

Ərazidə yerləşən nasosxana və ətraf sahələr yanğından mühafizə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi