Modern.az

Xocavənddə güclü partlayış - Yaralı var 

Xocavənddə güclü partlayış - Yaralı var 

Hadisə

10 Fevral 2024, 11:13

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

 

Vətəndaş xəstəxanaya təxliyə edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi