Modern.az

Qusarda dağlıq ərazi yanır

Qusarda dağlıq ərazi yanır

Hadisə

11 Fevral 2024, 19:31

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində 6 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi