Modern.az

Qubada dəhşət: "Priora" ağaca çırpıldı - 2 ölü, 3 yaralı

Qubada dəhşət:

Hadisə

11 Fevral 2024, 20:22

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.

 

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

19:46

 

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi