Modern.az

Daha bir nəfər dəm qazının qurbanı oldu 

Daha bir nəfər dəm qazının qurbanı oldu 

Hadisə

11 Fevral 2024, 22:56

Neftçala şəhərində 18 yaşlı gənc qız dəm qazında boğulub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində baş verib.

 

Yaşadığı evin hamam otağında dəm qazından zəhərlənən İsmayılova Səbinə Ramin qızı yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi