Modern.az

Ötən gün vətəndaşlardan 3 avtomat, 32 tüfəng götürülüb

Ötən gün vətəndaşlardan 3 avtomat, 32 tüfəng götürülüb

Hadisə

13 Fevral 2024, 09:46

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 3 ədəd qumbara, 3 alışdırıcı, 32 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil götürüblər.

 

Həmçinin, ötən gün qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi