Modern.az

Ermənilərin sərhəddəki itkiləri artdı - 4 ölü, 1 yaralı

Ermənilərin sərhəddəki itkiləri artdı - 4 ölü, 1 yaralı

Hadisə

13 Fevral 2024, 12:34

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən keçirlimiş “qisas əməliyyatı” nəticəsində ölən erməni hərbçilərin sayı artıb.

Modern.az xəbər verir ki, Ermənistan tərəfinin 4 hərbçisi məhv edilib, 1-i yaralanıb. Yaralı hərbçinin həyati təhlükəsi yoxdur.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 13 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə 2001-ci ildə anadan olub. O, Bərdə rayonunun Qarayusifli kəndindəndir.

A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada