Modern.az

Bakıda dəhşətli qətl: Ata-anası və azyaşlı qardaşını ÖLDÜRDÜ

Bakıda dəhşətli qətl: Ata-anası və azyaşlı qardaşını ÖLDÜRDÜ

Hadisə

13 Fevral 2024, 16:58

Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.

 

Bu barədə Modern.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi