Modern.az

Ailə üzvlərini öldürən gəncin psixoloji problemləri olub 

Ailə üzvlərini öldürən gəncin psixoloji problemləri olub 

13 Fevral 2024, 19:35

Bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemləri olub.

 

Moder.az xəbər verir ki, bunu ailənin yaxınları jurnalistlərə açıqlamasında bildirib.

 

“İki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, Əhməd dərmanlarını atmır. Dedi ki, həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacam” - ailə yaxınları deyib.

 

Məlumata görə, Əhməd ailədən ayrı yaşayıb, subay olub:

 

“Amma ailənin əli Əhmədin üstündə idi. Gündəlik 25-30 manat da pul verirdilər. Bir maşın da ayırmışdılar, taksi fəaliyyəti ilə məşğul olurdu”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi