Modern.az

Meyiti tapılan şəxs döyülərək öldürülüb - YENİLƏNİB

Meyiti tapılan şəxs döyülərək öldürülüb - YENİLƏNİB

Hadisə

13 Fevral 2024, 20:15

Sumqayıtda 48 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi başlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında deyilir.

 

Məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyiti Bakı-Quba magistral yolunun kənarında aşkarlanıb.

 

Aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

 

***

19:51

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.

 

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi