Modern.az

5 nəfəri öldürən Əhməd qaydasız döyüşlə məşğul olub - DETALLAR

5 nəfəri öldürən Əhməd qaydasız döyüşlə məşğul olub - DETALLAR

Hadisə

13 Fevral 2024, 20:09

Xətai rayonunda atasını, anasını, qardaşını, bacısını və bacısının 5 yaşlı uşağını balta ilə qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov barədə bir sıra məlumatlar açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Əhməd Əhmədov qaydasız döyüşlə məşğul olurmuş.

 

Onun idman zamanı başından xəsarət aldığı bildirilir.

 

Yaxınları Əhmədin qətli törədən zaman anlaqsız vəziyyətdə olduğunu və ailəsini öldürdüyünü xatırlamadığını bildirib.

 

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi