Modern.az

Daha bir ailə faciəsi: ər və arvad...

Daha bir ailə faciəsi: ər və arvad...

13 Fevral 2024, 22:45

Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüatlar məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

 

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

 

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

 

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI