Modern.az

Ötən ilin yol qəzaları - 862 ölü, 1367 yaralı

Ötən ilin yol qəzaları - 862 ölü, 1367 yaralı

14 Fevral 2024, 12:57

Ötən il ölkədə baş verən yol qəzaları zamanı 862 nəfər həlak olub, 1367 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bidlirilib ki, ötən il 1636 yol qəzası qeydə alınıb. Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.

 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 29 nəfər yaralanıb. Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı