Modern.az

Türkiyədə gəmi batdı

Türkiyədə gəmi batdı

Hadisə

15 Fevral 2024, 10:10

Mərmərə dənizində yük gəmisi batıb, ekipaj üzvlərinin xilas edilməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

 

Bildirilib ki, İmralı adasının cənub-qərbində Mərmərə dənizində 69 metr uzunluğunda "BATUHAN A" yük gəmisi batıb. Sahil Təhlükəsizlik Xidmətinin Baş İdarəsinə məxsus xilasetmə qayıqları hadisə yerinə yönəldilib.

 

Türkiyə vətəndaşı olduğu ehtimal edilən 6 nəfərlik heyətin xilas edilməsi üçün tədbirlər həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı