Modern.az

Cinayət törədən 75 nəfər saxlanıldı

Cinayət törədən 75 nəfər saxlanıldı

15 Fevral 2024, 10:18

Fevralın 14-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı