Modern.az

Ana və oğlu yol qəzasında xəsarət aldı

Ana və oğlu yol qəzasında xəsarət aldı

Hadisə

16 Fevral 2024, 08:40

Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1978-ci il təvəllüdlü Samirə Rüstəmova və övladı, 1998-ci il təvəllüdlü Rüstəmov İbrahim Seyidağa oğlu xəsarət alıblar.

 

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı