Modern.az

Maşında köməksiz qalan uşaq xilas edildi

Maşında köməksiz qalan uşaq xilas edildi

17 Fevral 2024, 17:48

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı avtomobilin qapısının təsadüfən kilidlənməsi nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, valideyinlərin və ətrafdakıların cəhdlərinə baxmayaraq avtomobilin qapısını açmaq mümkün olmadığından uşağın valideyinləri nazirliyin "112" qaynar telefon xəttinə zəng ediblər.

 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər xüsusi vasitələrlə qapıları bağlanmış avtomobilin qapısını açaraq 2022-ci il təvəllüdlü uşağı xilas edərək ailəsinə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı