Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.
Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub.
Qeyd edək ki, bundan əvvəl gün ərzində Xəzər dənizində 3.1 və 3.3 bal gücündə zəlzələlər qeydə alınıb.