Modern.az

Astarada qəza - Yük maşını 60 yaşlı qadını vuraraq öldürdü

Astarada qəza - Yük maşını 60 yaşlı qadını vuraraq öldürdü

Hadisə

19 Fevral 2024, 11:44

Astarada 60 yaşlı qadını ağır tonajlı yük avtomobili vurub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədovun idarə etdiyi "DAF" markalı yük avtomobili 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir