Modern.az

Şirvanda 3 nəfər göbələkdən zəhərləndi

Şirvanda 3 nəfər göbələkdən zəhərləndi

Hadisə

21 Fevral 2024, 09:00

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.

 

Modern.az-ın məlumatına görə, 15 yaşlı Nəzərova Ləman Şahin qızı, 23 yaşlı Nəzərov Orxan Şahin oğlu və 44 yaşlı Nəzərova Samirə Rəsul qızı axşam saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.

 

Onlar zəhərlənmə ilə bağlı Şirvan şəhər təcili yardım xidmətinə müraciət ediblər.

 

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil