Modern.az

Şəkidə 6 tələbə dəm qazından ZƏHƏRLƏNDİ

Şəkidə 6 tələbə dəm qazından ZƏHƏRLƏNDİ

Hadisə

22 Fevral 2024, 08:34

Şəkidə altı tələbə dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə Şəki şəhər Könül Qəhrəmanova kücəsində baş verib. Belə ki, həmin küçədə kirayə yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musalif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanada onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri normallaşdıqdan sonra evə buraxılıblar.

 

Qeyd edək ki, dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələridir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi