Modern.az

Narkotikə görə saxlanılan şəxs təcridxanada öldü

Narkotikə görə saxlanılan şəxs təcridxanada öldü

Hadisə

22 Fevral 2024, 10:32

Bakının Nərimanov rayonunda narkotiklə bağlı saxlanılan şəxs ölüb.

 

Modern.az xəbər verir ki, barəsində narkotik cinayətlərinə görə 3 aylıq həbs qətimkan tədbiri seçilən 36 yaşlı Ağalarov Azər Namiz oğluna məntəqədə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

 

O, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə məhkum olunub, bir müddət əvvəl azadlığa çıxıb. Onun narkotik alüdəçisi olduğu bildirilir.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil