Modern.az

Ağdamda dəhşət: Ata 4 il əvvəl qızını öldürüb, axtarışlar aparılır

Ağdamda dəhşət: Ata 4 il əvvəl qızını öldürüb, axtarışlar aparılır

Hadisə

22 Fevral 2024, 13:50

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.

 

Modern.az xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.

 

Meyiti axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilir.

 

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

 

Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir