Modern.az

Qadın belə vəhşilik etməli deyildi - Deputatdan Naxçıvandakı olaya REAKSİYA

Qadın belə vəhşilik etməli deyildi - Deputatdan Naxçıvandakı olaya REAKSİYA

Hadisə

22 Fevral 2024, 16:32

Xəbər verdiyimiz kimi, Naxçıvanda qadınla kişi arasında şəxsi münaqişə zəminində mübahisə baş verib.

Naxçıvan Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək.


Modern.az-ın məlumatına görə, məsələyə Milli Məclisin Naxçıvandan olan deputatı Fazil Mustafa da reaksiya verib.

Deputat qadının davranışını sərt sözlərlə qınayıb:

"Naxçıvandan bir zorakılıq səhnəsini əks etdirən video paylaşıblar. Maraqlı ad tapıblar: "Naxçıvanda qadın küçənin ortasında kişini döydü". O yerdə ki, zorakılıq, şiddət var - belə bir başlıq qadın vəhşiliyinə qarşı insanlarda ciddi bir hiddət yarada bilir. Motivi nə olmasına baxmadan küçənin ortasında qadın tərəfindən bir kişiyə qarşı aşkar zorakılığın şahidi oluruq. Hətta polis də adamı qadının əlindən almaqda çətinlik çəkir. Məncə bu cür səhnələr üçün daha fərqli başlıq seçmək olar: "Naxçıvanda bir dişi bir erkəyi yol qırağında parçalamaq istədi". Yəni məsələnin hüquqi və estetik baxımdan bir qadın və ya kişi obrazı ilə əlaqəsi yoxdur. Dişi və erkək ifadələri heyvani təbiəti daha çox göz önünə gətirir. Çünki nə qadın bu cür vəhşiliklə davranmalıdır, nə də kişi bu cür ləyaqətsiz duruma düşməlidir. İşin doğrusunu Allah və mahiyyətini isə polis bilər".

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil