Modern.az

Yevlaxda iki maşın toqquşdu - Ölən var

Yevlaxda iki maşın toqquşdu - Ölən var

Hadisə

23 Fevral 2024, 09:04

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonunun Qaraoğlan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Opel” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi