Modern.az

65 yaşlı kişini maşın vurub öldürdü

65 yaşlı kişini maşın vurub öldürdü

Hadisə

23 Fevral 2024, 23:52

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb. Şağlaser kənd sakini Əsgər Səyadullanın idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub. Piyada F.Paşayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən Ə.Səyadulla şübhəli şəxs qismində saxlanılıb.

 

Meyit aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub.

 

Faktla bağlı araşdırma başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi