Modern.az

Oğuzda içərisində 34 baş mal-qara olan tövlə YANDI

Oğuzda içərisində 34 baş mal-qara olan tövlə YANDI

Hadisə

26 Fevral 2024, 08:30

Oğuz rayonunda içərisində 34 baş mal-qara olan tövlə yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə Calut kəndindəki fermada, 64 yaşlı Yaşar Yusif oğlu Həsrətova məxsus ümumi sahəsi 260 kv/m olan tövlədə baş verib.

 

Yanğın zamanı tövlədə olan 1 000 ədəd ot bağlaması da yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi