Modern.az

Keçmiş baş həkim və arvadı ÖLDÜRÜLDÜ

Keçmiş baş həkim və arvadı ÖLDÜRÜLDÜ

Hadisə

1 Mart 2024, 11:43

Salyan rayonunda ər-arvad qətlə yetirilib.

 

Modern.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimbəyli kəndində baş verib. Saat 10:30-da 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

 

Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

 

Əlavə məlumat veriləcək.

 

 

Məlumata görə, İsrafil Məmmədov 2021-ci ilədək Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU