Xətai Tibb Mərkəzində 15 yaşlı uşaq ölümdən xilas olunub.
Modern.az xəbər verir ki, 15 yaşlı Tahir Mehdili Füzuli rayonundan Xətai Tibb Mərkəzinə qida borusunun qanaxması ilə gətirilib. Vəziyyəti çox ağır və ümidsiz olub. Pasiyenti təcili müdaxilə ilə vəziyyətdən çıxaran uşaq cərrahı Cavid Dadaşov onun qida borusunda vorikoz genişlənmə aşkar edib.
"Eyni vəziyyət və diaqnozla uşaq 2021-ci ildə müalicə olunub. 2024-cü ildə təkrarlanan qanaxma dayandırılıb, vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur", - deyə Xətai Tibb Mərkəzindən bildirilib.
Müəyyən müayinələrdən sonra ikinci mərhələdə Tahir Mehdilini əməliyyat gözləyir. Onu uşaq cərrahı, tibb elmləri doktoru, əməkdar həkim Gündüz Ağayev həyata keçirəcək.