Modern.az

İki \"Mercedes\" toqquşdu - Yaralılar var 

İki \

1 Mart 2024, 19:49

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Məmmədrəhim oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Sədrəddin oğlu Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.

 

Toqquşma nəticəsində N.Məmmədov və onun sərnişini - Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Qiyas oğlu Rzayev xəsarət alıblar. Vəziyyəti ağır olan N.Məmmədov Masallıda özəl klinikaların birinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar. C.Rzayev Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi