Modern.az

Sumqayıtda ağırçəkili kişi xəstəxanaya çatdırıldı

Sumqayıtda ağırçəkili kişi xəstəxanaya çatdırıldı

5 Mart 2024, 10:00

Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin şəxsin xəstəxanaya çatdırılması onun ağırçəkili olması səbəbindən mümkün olmayıb və bu barədə kömək məqsədilə FHN-in “112” qaynar xəttinə müraciət ediblər.

 

FHN-dən Moden.az-a verilən xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə ehtiyacı olan vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın doqquzuncu mərtəbəsindən düşürüb və Təcili Tibbi Yardım Briqadasına təhvil veriblər. Sonra FHN-in xilasediciləri Təcili Tibbi Yardım avtomobilini müşayiət edərək xəstənin həmin maşından düşürərək xəstəxananın ikinci mərtəbəsinə qaldırıb və aidiyyəti şöbəyə təhvil veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil