Modern.az

Qadını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Qadını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Hadisə

6 Mart 2024, 14:48

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Abşeron rayon Prokurorluğundan Modern.az-ya verilən xəbərə görə, ötən il dekabrın 12-də Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.


İstintaqla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində tanışı Arzu Rəhimova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun başını daş parçasına vurduqdan sonra əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Eynulla Quliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU