Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat edilib. Məlumata görə, N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.ki, araşdırma aparılır, məsələ ilə bağlı hüquqi qiymət veriləcək