Modern.az

\"Qarabağ\" \"Bayer\"lə heç-heçə etdi - YENİLƏNİB

\

7 Mart 2024, 23:41

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" Almaniyanın "Bayer" komandasını qəbul edib.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib.

 

Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

 

***

Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Bayer" oyununda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, Patrik Şik 92-cu dəqiqədə bərabərlik qolunu vurub.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

***

23:17

Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Bayer 04 Leverkusen" oyununda hesab arasındakı fərq azalıb.

 

Modern.az xəbər verir ki, 71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldıb. Vits adını tabloya yazdırıb - 2:1.

 

***

22:38

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və "Bayer" komandaları arasındakı oyunda fərq artıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 45+2-ci dəqiqəsində Olavio Juninyo rəqibi ikinci dəfə cəzalandırıb 2:0.

 

Bununla da birinci hissə başa çatıb.

 

***

22:14

"Qarabağ" və "Bayer 04" arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ku, 26-cı dəqiqədə Ağdam klubunun futbolçusu Yassin Benzia topu qapıdan keçirib.

 

***

21:45

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçı başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

 

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.

 

 

***

20:45

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Bakıda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın “Bayer" komandasının start heyətləri açıqlanıb.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

"Qarabağ": Andrey Lunyov, Tural Bayramov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Yassin Benzia, Ulio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Juninyo Olavio. Baş məşqçi: Qurban Qurbanov.

 

"Bayer”: Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek. Baş məşqçi: Xabi Alonso.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU