Modern.az

Astarada ağır qəza - Ölən var

Astarada ağır qəza - Ölən var

Hadisə

9 Mart 2024, 08:40

Astara rayonunda ağır yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

 

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Avtomobildə sərnişin qismində olan Mehdi Əsgərzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Astara rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU