Modern.az

İmişlidə yol qəzası - Yaralılar var

İmişlidə yol qəzası - Yaralılar var

Hadisə

9 Mart 2024, 20:52

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə saat 16 radələrində İmişli-Biləsuvar yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri Kərimov Şahin Dadaş oğlu və Kərimov Şahmar Ələkbər oğlu xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

 

Kəllə-beyin travması alan Şahin Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil