Modern.az

Dəm qazından ölən ana və uşaqları barədə açıqlama: Kirayədə yaşayırmışlar...

Dəm qazından ölən ana və uşaqları barədə açıqlama: Kirayədə yaşayırmışlar...

11 Mart 2024, 15:50

Xəbər verdiyimi kimi, Masallı rayonunda ana və iki azyaşlı oğlunun meyitləri tapılıb. Rayonda yerləşən evlərin birində yaşayan 24 yaşlı Aytac Əzimova və onun iki azyaşlı övladının dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

 

Modern.az hadisə ilə bağlı ətraflı məlumat öyrənmək üçün Masallı bələdiyyəsi ilə əlaqə saxlayıb.

 

Bələdiyyə sədri Azər Baxışov saytımıza açıqlamasında bildirib ki, dəm qazından zəhərlənənlər Masallı rayon sakinləri deyil.

 

"Ana və azyaşlı uşaqları Masallı rayon qeydiyyatında olmayıblar. Onlar Şirvan rayon qeydiyyatındadırlar", - o bildirib.

 

Bələdiyyə sədrinin sözlərinə görə, ana və övladları rayonda kirayədə yaşayırmışlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri