Modern.az

Tonlarla yuyucu toz yola dağıldı - VİDEO

Tonlarla yuyucu toz yola dağıldı - VİDEO

12 Mart 2024, 16:56

Bu gün Bakı-Qazax magistralının Ucar rayonu Qulabənd kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hərəkətdə olan iki yük avtomobili toqquşub. Qəza zamanı ölən və yaralananlar olmasa da, maşınların birində olan tonlarla yuyucu toz yola dağılıb. Bu səbəbdən yolun hər iki zolağı bağlanıb və digər avtomobillərin hərəkətində çətinlik yaranıb.

 

Qəza nəticəsində yola dağılan əşyalar təmizləndikdən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir