Modern.az

Çərşənbədə bədbəxt hadisə: Gənclər toqquşaraq tonqala düşdülər - VİDEO

Çərşənbədə bədbəxt hadisə: Gənclər toqquşaraq tonqala düşdülər - VİDEO

13 Mart 2024, 11:15

TƏBİB Yasamalda tonqala düşən şəxslərin son durumunu açıqlayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.

 

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

***

10:21

Yel çərşənbəsində Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Modern.az-ın məlumatına görə, tonqaldan tullanan yeniyetmələr toqquşub və ocağa yıxılıblar.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi