Modern.az

Maşın ağaca çırpıldı - Qardaşlar yaralandı

Maşın ağaca çırpıldı - Qardaşlar yaralandı

Hadisə

19 Mart 2024, 12:36

Qaxda qardaşların xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Modern.az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, minik avtomobili arxa təkərinin partlaması səbəbindən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş - rayonun Qaysarlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza