Modern.az

Güclü yağış yağdı, qaya parçaları yola səpələndi - FOTO

Güclü yağış yağdı, qaya parçaları yola səpələndi - FOTO

20 Mart 2024, 00:25

İntensiv yağan yağış nəticəsində Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda uçqun baş verib.

 

Modern.az xəbər verir ki, Zərnətun körpüsünün yaxınlığında iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb.

 

Nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.

 

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

 

Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU